Hadisə
Masazırda kuryeri maşın vurub öldürdü - VİDEO
Abşeron rayonu, Masazır qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsi bu gün Abşeronda baş verən dəhşətli qəzaya münasibət bildirib.
Publika.az xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyevin sözlərinə görə, hadisə bu gün saat 14:00 radələrində rayonun Masazır qəsəbəsin Əliağa Vahid küçəsində baş verib:
“Hərəkətdə olan moped birinci dayanacaqda dayanan marşrut avtobusuna, daha sonra isə sürücü eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinin altına düşüb. Nəticədə mopedin sürücüsü həyatını itirib”.
Şöbə rəisi moped sürücülərinə müraciət edərək, yol hərəkəti qaydalarına ciddi riayət etmələrini tövsiyə edib:
“Moped sürücülərindən xahiş edirik yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etsinlər. Nəqliyyat vasitəsini idarə edərkən dəbilqə taxsınlar”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)



.png)























