Hadisə
Bakıda almaniyalı qıza təcavüz edən şəxsə hökm oxundu
Paytaxtın Səbail rayonu ərazisində Almaniya vətəndaşı olan 20 yaşlı qıza təcavüz etməkdə ittiham edilən şəxsə hökm oxunub.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən ilin payızında qeydə alınıb. İttihama görə, paytaxtın mərkəzindəki gecə klubunda sərxoş halda olan qızı kirayə yaşadığı evə aparan 1994-cü il təvəllüdlü F.Abdullayev onu zorlayıb. O, Cinayət Məcəlləsinin 149.1-ci (Zorlama) maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.
Məhkəmədə bildirilib ki, Azərbaycana könüllü kimi gəlmiş və Sumqayıtda rəfiqəsi ilə birgə yaşayan Katherina K. (şərti adlı) oktyabrın 7-də və 8-də dostları ilə əvvəlcə evdə, daha sonra gecə klublarında içki qəbul edib. Gecə saat 04 radələrində ona yaxınlaşan F.Abdullayevin dəvəti ilə həmin şəxsin evinə gedib. Hadisə də həmin vaxt baş verib.
Şikayətçinin sözlərinə görə, ağır dərəcəli sərxoş vəziyyətdə olduğundan həmin şəxslə necə getdiyini və hadisənin tam olaraq necə baş verdiyini xatırlamasa da, ona təcavüz edildiyini düşünür. Zərərçəkmiş qadın məhkəmədə bildirib ki, hadisə nəticəsində bakirəliyi pozulub. 20 yaşlı qızın üzərindəki xəsarətlər və digər ekspertiza nəticələri də təcavüzün baş verdiyini təsdiq edib.
-
Magazin106:16Oğlu efirə gəlib sürpriz etdi
-
Maraq dünyası04:24İnsanlar yazda niyə sevgiyə can atırlar? - İlginc səbəblər
-
Magazin203:43Teylor Svift gəlinlik seçərkən ondan ilhamlanıb - FOTO
-
Region01:41“Dünyaya nələrə qadir olduğumu göstərəcəyəm” - Qatilin dəhşətli mesajları
-
Magazin100:15"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu dəyişimi qəbul edin
-
ABŞ16 Aprel 23:12Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
-
Hadisə16 Aprel 23:00Sabah bəzi ərazilər qazsız qalacaq

















.webp)





















