ABŞ
Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
Virciniyanın keçmiş vitse-qubernatoru, 47 yaşlı Castin Ferfaks və həyat yoldaşı Serina, Ferfaks dairəsinin polisi tərəfindən Annandeyldəki evlərində ölü tapılıblar.
Publika.az xəbər verir ki, Bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.
"Virciniyanın keçmiş vitse-qubernatoru Castin Ferfaks evlərində həyat yoldaşını güllələyib, sonra isə intihar edib", - Ferfaks dairəsinin polis rəisi Kevin Devis bildirib.
İlkin məlumata görə, münaqişəyə səbəb boşanma prosesi olub. Devis vurğulayıb ki, bu, görünür, mürəkkəb və dolaşıq boşanma prosesi ilə bağlı uzun sürən ailə münaqişəsi olub. Polis nümayəndəsinin sözlərinə görə, 47 yaşlı Ferfaksa bu yaxınlarda qarşıdakı məhkəmə çəkişməsi ilə bağlı sənədlər təqdim edilib. Onlar 2006-cı ildə evlənmişdilər.
Qeyd olunub ki, atışma baş verən zaman cütlüyün hər iki övladı evdə olub. Devisin iddiasına görə, Ferfaks zirzəmidə həyat yoldaşına bir neçə dəfə atəş açıb. Atəş səslərini eşidən uşaqlar 911 xidmətinə zəng ediblər.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
