Hadisə
Polis vəzifədən kənarlaşdırıldı - DİN
Sosial şəbəkələrdə Yasamal rayonu ərazisində piyadalar üçün nəzərdə tutulmuş səki üzərində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslə polis əməkdaşı arasında münaqişəni əks etdirən görüntülər paylaşılıb.
DİN Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov Publika.az-a bildirib ki, aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, polis əməkdaşı qanunsuz küçə ticarəti ilə məşğul olan vətəndaş Vüqar Əzizovdan bu hərəkətlərinə son qoymağı tələb edib.
Polisin qanuni tələbinə riayət etmək əvəzinə V.Əzizov onu münaqişəyə təhrik edərək satdığı məhsulları ilk olaraq özü dağıdıb. Yalnız bundan sonra əsəblərinə hakim ola bilməyən polis əməkdaşı onun satdığı məhsulların qutusunu təpikləyib.
Baş vermiş bu insidientlə əlaqədar polis əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılaraq barəsində xidməti yoxlamalar başlanılıb.
Qanunsuz küçə ticarəti ilə məşğul olan vətəndaş Vüqar Əzizovun da əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



.png)
























