Hadisə
Taksi sürücülərini soyan "polis" ələ keçdi
Binəqədi rayonunda özünü polis əməkdaşı kimi təqdim edib taksi sürücülərinə qarşı dələduzluq edən və maşın satışı saytlarında beh almaq adı ilə insanları aldadan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, sərnişindaşıma şirkətlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən daha bir nəfər, Mingəçevir şəhər sakini Ramil Salmanov saxlanılıb. Əməliyyat Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək əvvəlcə taksi şirkətlərinə sifarişlər verib. Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması adı altında pul köçürülməsini xahiş edib. Ramil Salmanov guya işlədiyi yerə çatdıqları zaman taksi sürücülərinin pullarını qaytaracağına söz verib. Zərərçəkənlər Ramil Salmanovun qeyd etdiyi polis orqanlarına çatdıqda isə aldadıldıqlarını anlayıblar. Saxlanılan şəxs taksi sürücülərinin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə nağdlaşdıraraq ələ keçirib.
Aparılan araşdırmalar zamanı Ramil Salmanovun əmlak alqı-satqısı saytlarında saxta maşın elanları yerləşdirərək vətəndaşlardan öncədən beh almaq adı ilə onları dələduzluq yolu ilə aldatdığı da müəyyən edilib. O, ifadəsində ümumilikdə qeyd edilən üsullarla 40-a yaxın şəxsi aldatdığını bildirib.
Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Ramil Salmanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN











.jpg)



.jpg)






















