Hadisə
Kürdə batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNDİ/ VİDEO

Kür çayının Yevlax şəhər ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
Publika.az report-a istinadən xəbər verir ki, Kür çayında batan şəxs 2012-ci il təvəllüdlü Yusif Samir oğlu Nuruyev olub.
Onun Kür çayında çimən zaman boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən gün Fövqəladə Hallar Nazirliyi Kür çayında bir nəfərin batması barədə məlumat yaymışdı.
X X X
Kür çayının Yevlax rayonundan keçən hissəsində batan şəxsin kimliyi bəlli olub.
Baku TV-nin məlumatına görə, 11 yaşlı Yusif Nuriyev çayda çimərkən dərinliyə düşüb.
Babasının sözlərinə görə, Yusif sinif yoldaşları ilə birlikdə çimməyə gedibmiş:
“Beş nəfər olublar. Yusif irəli gedib. Uşaqlar görüblər ki, batır, ağac uzadıblar, çatmayıb. Sinif yoldaşları da onu orada qoyub qaçıblar”.
Hazırda Yusif Nuriyevin axtarışları davam etdirilir.
Ətraflı Baku TV-nin süjetində:

-
Sosial10:23
Qənirə Paşayeva ilə vida mərasimi başa çatdı - FOTO
-
Nida Xəbər 09:42
"Bizim üçün ən təhlükəli erməni Qarabağda qalan ermənidir" - Fazil Mustafa
-
Sosial08:48
Bu şəxslər quru yolla sərhədi keçə bilər
-
Cənubi Qafqaz06:16
Saakaşvili həyatının əsas sevgisindən danışdı: "Peşmanam..." - FOTO
-
Magazin205:45
Bacılar soyunub birlikdə poza verdilər - FOTO
-
Region04:44
Çavuşoğlu Qənirə Paşayevadan yazdı - FOTO
-
Sosial01:41
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
-
Sosial00:15
Qənirə Paşayevaya görə Heydər məscidində izdiham - FOTO