Hadisə
Dəm qazından ölən Səbuhi bacısının toyuna hazırlaşırmış...

Xəbər verdiyimiz kimi, ötən gün Report İnformasiya Agentliyinin əməkdaşı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu dəm qazından vəfat edib.
Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2020-ci ilin aprelində hərbi xidmətdən qayıdan Səbuhinin atası 3 ay sonra gözünün qarşısında dünyasını dəyişib.
Səbuhi Məmmədov atasının vəfatından 40 gün keçməmiş Vətən müharibəsinə yollanıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsindən zəng gələndə Salyana atasının ölüm kağızını almağa gedirmiş. Yoldan kağızı almamış geri qayıdıb ki, birdən gecikər...
44 günlük Vətən müharibəsi vaxtı Xocavənddə xidmət göstərib. Müharibədən sağ-salamat qayıdan Səbuhinin iyunun 4-də bacısının toyu olacaqmış.
Kirayədə qalan Səbuhi ev sahibinə dəm qazından şikayət edirmiş. O isə hər dəfə bir bəhanə ilə vaxtı uzadırmış. Təəssüf ki, elə həmin evdə dəm qazından vəfat etdi.

-
Sağlamlıq06:40
Ürəyə faydalı, ömrü uzadan içki hansıdır?
-
Nida Xəbər 06:00
Əsgərimiz erməniləri ŞOKA SALDI: yanan texnikanı... - VİDEO
-
Nida Xəbər 01:30
Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO
-
Magazin201:11
Məşhur reperin qətlində şübhəli bilinən şəxs həbs edildi - 27 ildən sonra...
-
Dünya00:27
Livanda erməni təxribatı - 25 polis yaralandı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Problemlərdən qurtulmaq, yeni dost tapmaq şansları var
-
Nida Xəbər 29 Sentyabr 23:20
XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil, Qarabağdır!
-
Magazin129 Sentyabr 23:00
Xalq artisti Qənirə Paşayevanın arzusundan yazdı