Hadisə
Bakıda intihara CƏHD

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, bir vətəndaş Bakı şəhərinin Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib.
Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri gəlib.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1987-ci il təvəllüdlü vətəndaş, ilkin ehtimala əsasən, şəxsi münasibətlər səbəbindən mənzilin eyvanına çıxaraq intihara cəhd edir.
Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən, astaca mənzilə daxil olaraq anidən vətəndaşı tutaraq onun intihara cəhdinin qarşısını alıblar.


-
Hadisə19:14
SDU-nun müəllimi vəfat etdi
-
Nida Xəbər 18:34
Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi - FOTO
-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH
-
Qarabağ 15:41
Hərbçilərimiz separatçılarla üz-üzə gəldi: "Təslim olun, sizi öldürən deyilik" - VİDEO
-
Qarabağ 15:18
Ermənilər Ağdamda silah-sursatı ataraq qaçdılar - MN