Toy karvanında qəza - xəsarət alan var
Bizi izləyin

Hadisə

Toy karvanında qəza - xəsarət alan var

Şəkidə toy karvanında qəza baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonunun Kiçik Dəhnə kəndində qeydə alınıb.

Məlumat görə, toy karvanında hərəkətdə olan​ iki minik avtomobili toqquşub.

Hadisə nəticəsində avtomobillərdən birinin sürücüsü, 1994-cü il təvəllüdlü Vahab Salmanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki rayon Mərkəzi X​əstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm