Hadisə
Ötən həftə ərzində 148 yanğına çıxış oldu
.jpg?v1758528958)
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 148 yanğına çıxış, 34 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 14-ü azyaşlı olmaqla 57 nəfər xilas edilib, yanğınlar zamanı 3-ü azyaşlı olmaqla 58 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 3 nəfər xəsarət alıb, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

-
İqtisadi gündəm11:27
2600 manat müavinət kimlərə ödəniləcək?
-
Dünya09:54
İngiltərədən Rusiya və Çinə gözlənilməz hədiyyə: Sensasion hesabat
-
Sosial09:36
Bakıya giriş pullu olacaq - Bu tarixdən etibarən....
-
Rəsmi xronika09:27
İlham Əliyev forum iştirakçılarına müraciət etdi
-
Dünya09:18
Həsən Mutludan İmamoğlu haqqında şok etiraf: Görün necə bir şəbəkə qurubmuş
-
Hadisə08:48
Bakıda yaşayış binasında yanğın baş verdi - VİDEO/YENİLƏNDİ
-
Dünya08:36
İki Koreya niyə birləşmir? - KXDR lideri səbəbini AÇIQLADI
-
Region08:00
Türkiyədə 21 yaşlı qızın bədənindən 287 daş çıxarıldı - FOTO