“Yolda dizi üstə dayanmşdı, maşın üstündən keçdi” – Azərbaycanda qorxunc hadisə
Bizi izləyin

Hadisə

“Yolda dizi üstə dayanmşdı, maşın üstündən keçdi” – Azərbaycanda qorxunc hadisə

Bugünlərdə İmişli rayon Məhkəməsində rayon ərazisində ağır yol qəzası törədərək qaçmış 67 yaşlı Ziyadxan Murtuzayevin məhkəməsi başa çatıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin hökmü ilə Z.Murtuzayev 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə - həbs cəzasına məhkum edilib.

Bildirilib ki, hadisə 2023-cü ilin mart ayında rayonun Sarıxanlı kəndində qeydə alınıb. 67 yaşlı Ziyadxan Həsənbala oğlu Murtuzayev idarə etdiyi VAZ-2106 markalı avtomobillə İmişli rayonu Boşçallar kənd sakini, 50 yaşlı Fərman Qəhrəman oğlu Xasayevi vuraraq öldürüb. Belə ki, gecə saat 23 radələrində Füzulidən İmişliyə qayıdan sürücü kəndin yaxınlığında hərəkətdə olarkən qəfil olaraq yolun ortasında oturmuş şəxsi görüb. O, maşınla F.Xasayevi vuraraq öldürüb və ərazidən uzaqlaşıb.

Hadisə şahidi bildirib ki, F.Xasayev həmin hadisədən əvvəl qəza törədibmiş:

“Fərmanın olduğu avtomobil yoldan çıxaraq beton su kanalına çırpılmışdı. Həmin vaxt Fərman şok vəziyyətində maşından düşərək bir qədər yeriyib və yolun ortasında dizi üstdə oturmuşdu. Bu zaman uzaqdan başqa maşının gəldiyini gördük və onu saxlamağa çalışdıq. Lakin Ziyadxan maşını saxlamadı və Fərmanın üzərindən keçdi. Sonra maşını saxlayıb bizə tərəf gəldi. Onun maşınında kimsə ağlayırdı və yenidən maşını sürüb uzaqlaşdı”.

Qeyd edək ki, Z.Murtuzayev Cinayət Məcəlləsinin 263.2 (Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən yayınma) maddələri ilə təqsirli bilinib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm