Hadisə
Şirkət rəhbərinə hökm oxundu
Sosial şəbəkələr vasitəsiylə sərfəli qiymətlərlə inşaat təmir işlərini həyata keçirtmək vədi ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən təmir-tikinti inşaat şirkətinin rəhbəri Zahir Əskərovun cinayət işinin məhkəməsi yekunlaşıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq təqsirləndirilən 7 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki,Zahir Əskərov zərərçəkənlərin şikayəti əsasında saxlanılıb. Araşdırmalarla məlum olub ki, Zahir Əliyev rəhbərlik etdiyi şirkətin cəlbedici reklamlarını sosial şəbəkələr vasitəsilə yayımlayaraq digər şirkətlərdən daha ucuz qiymətə təmir tikinti işlərini həyata keçirtmək vədi verərərək vətəndaşları aldadıb.
Zahir Əliyev buna görə bir neçə nəfərlə müqavilə bağlayaraq öncədən aldığı ödənışlərə görə vəd verdiyi təmir-tikinti işlərini həyata keçirtməyərək vətəndaşlara qarşı dələduzluq edib.İttihama görə təqsirləndirilən 5 nəfər zərərçəkənə 200 min manata qədər ziyan vurmaqda ittiham olunur
Zahir Əskərova qarşı CM-nin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO





































