Bu ölkədə böyük qırğın: Bir qəbilə digərini pusquya saldı - Ən azı 53 nəfər ölüb
Bizi izləyin

Hadisə

Bu ölkədə böyük qırğın: Bir qəbilə digərini pusquya saldı - Ən azı 53 nəfər ölüb

Sakit okeanın cənub-qərbində yerləşən Papua Yeni Qvineyanın dağlıq bölgələrində tayfalar arasında baş verən qarşıdurmada 53 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Bildirilir ki, münaqişə bir tayfanın bölgədə yaşayan digər tayfaya hücuma hazırlaşarkən pusquya düşməsi nəticəsində baş verib.

Papua Yeni Qvineya Kral Konstabulunun baş nəzarətçisi vəzifəsini icra edən Corc Kakas bildirib ki, bu, bəlkə də Papua Yeni Qvineyanın bütün dağlıq bölgəsində gördüyü ən böyük qırğındır. O, ölənlərin sayının artacağı ilə bağlı narahatlıq olduğunu qeyd edib.

Enqa Regional Qubernatoru Peter İpatas verdiyi açıqlamada təhlükəsizlik qüvvələrini keçən həftə qəbilə qarşıdurmalarının başlaya biləcəyi barədə xəbərdar etdiklərini deyib.

Bildirilib ki, bölgədə 2022-ci il seçkilərindən sonra başlayan qarşıdurmalar son vaxtlar qarşılıqlı pusqular və kəndlərə silahlı hücumlarla intensivləşib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm