Hadisə
Məktəbin həyətində yanğın törətdi, cəzalandırıldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən Publika.az-a verilən məlumata görə, fevralın 21-də paytaxtın Xətai rayonunda yerləşən 17 nömrəli tam orta məktəbin həyətində taxta tullantılarında yanğın baş verib və Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın 0,5 kvadratmetr sahəni əhatə edib, məktəbə, yaxud digər tikililərə ziyan dəyməyib.
Belə halları daim diqqətdə saxlayan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğınla bağlı araşdırma aparıb. Məlum olub ki, texniki işçi məktəbin rəhbərliyinin icazəsi olmadan təmizlik məqsədilə taxta qırıntılarını məktəbin həyətində bir yerə toplayaraq yandırıb və bununla da yanğın təhlükəsizliyi tələblərini pozub.
Qeyd olunanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub, həmçinin aidiyyəti şəxslərlə yanğın təhlükəsizliyi qaydalarının təmin edilməsi istiqamətində maarifləndirici söhbət aparılıb.
-
Sosial20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü
-
Magazin215:55Məşhur supermodel qəribə qısa geyimi ilə diqqət çəkdi - Foto
-
Yaxın Şərq15:05Netanyahu sağ imiş - İsrail ölüm xəbərini feyk adlandırdı
-
MDB14:21Daha bir dəhşətli müharibə statistikası - 1 həftədə 1530 aviabomba atdılar











.png)



























