Hadisə
Azərbaycanda diş üstündə dava - Həkimi söydü, həbs edildi
![](https://publika.az/storage/2024/02/27/15834793911001313521_1200x630.jpg?v1722048985)
Fevralın 22-də Şəmkir şəhərində yerləşən stomotoloji kabinetdə insident olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, stomotoloji xidmətlərin göstərildiyi yerə gələn Orxan adlı şəxs orada çalışan həkim L.Əsgərovanı söyərək təhqir edib, həmçinin uca səslə ictimai yerdə xuliqanlıq hərəkətləri törədib.
Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayıblar. Məlum olub ki, stomotoloji kabinetdə xuliqanlıq edən şəxs Şəmkir şəhər sakini 1985-ci il təvəllüdlü Orxan Əhmədovdur. Onun barəsində inzibati protokol tərtib edilib.
Hadisə ilə bağlı ifadə verən həkim bildirib ki, 2022-ci ildə Orxanın dişlərini düzəldib:
“Orxan 2 il sonra gəlib deyir ki, onun dişlərini yaxşı düzəltməmişəm və pul tələb edir. Halbuki həmin vaxt dişlərə görə ödənişi Orxan yox, onun qardaşı edib”.
Şəmkir Rayon Məhkəməsinin 22 fevral tarixli qərarı ilə Orxan Əhmədova 15 sutka inzbati həbs cəzası verilib.
Turqut Seyidov
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO