İtkin düşən 11 yaşlı Rasimin axtarışı dayandırıldı
Bizi izləyin

Hadisə

İtkin düşən 11 yaşlı Rasimin axtarışı dayandırıldı

Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi bərpa edilib.

Publika.az “Report”a istinadən xəbər verir ki, İmişli rayonunda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılmışdı.

Bununla da uşağın axtarışları Biləsuvar rayonunu ərazisində yekunlaşıb.

Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin batması ehtimal olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm