Polisin səhvən saxladığı yaşlı kişi fantastik məbləğdə təzminat alacaq
Bizi izləyin

Hadisə

Polisin səhvən saxladığı yaşlı kişi fantastik məbləğdə təzminat alacaq

Polisin səhvən saxladığı yaşlı kişi fantastik məbləğdə təzminat alacaq

Kolorado ştatının məhkəməsi səhvən polis basqını nəticəsində evi zədələnən təqaüdçüyə 3,76 milyon dollar ödəməyə qərar verib.

Publika.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, oğurlanmış yük maşını və silah axtaran polis evinə basqın edərək, 78 yaşlı Rubi Consonu saxlayıb. Bundan sonra o, hələ də ciddi fiziki və emosional sıxıntıdan əziyyət çəkir.

Consonun vəkillərindən biri bildirib ki, iki müttəhim zabitin fərdi olaraq məhkəməyə verilməsinə baxmayaraq, Denver şəhər rəhbərliyi 3,76 milyon dollar təzminat ödəməlidir.

Polis departamentinin sözçüsü CNN-ə bildirib ki, məhkəmə hər iki zabiti Consonun hüquqlarını pozmaqda təqsirli bilsə də, Denver polisi araşdırmanın heç bir qanun pozuntusuna yol vermədiyini, zabitlərin intizam məsuliyyətinə cəlb olunmadığını və hər ikisinin patrul bölməsində işləməyə davam etdiyini bildirib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm