Hadisə
Masallıda ev yandı: Baba və azyaşlı nəvə öldü
Masallı rayonunda fərdi yaşayış evi yanaraq kül olub.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.
Təxminən 200 kvadratmetrlik evdə baş verən alovlanma qısa müddətdə genişlənib və nəticədə 1967-ci il təvəllüdlü Camələddin Həsənağa oğlu Abdullayev (baba) və onun ikiyaşlı nəvəsi Məhərrəm Mehman oğlu Məmmədzadə faciəli şəkildə ölüblər.
Yanğın yerinin kəşfiyyatı zamanı hər iki şəxsin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
xxx
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın söndürülüb:
“Yanğın nəticəsində bir-birinə bitişik taxta konstruksiyalardan ibarət ümumi sahəsi 50 kv.m. olan birmərtəbəli birotaqlı evin və ümumi sahəsi 75 kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin müayinəsi zamanı 1967-ci il təvəllüdlü Cəmallədin Həsənağa oğlu Abdullayevin və 2024-ci il təvəllüdlü Məhərrəm Mehman oğlu Məmmədzadənin meyiti aşkar edilib. Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.
-
Hadisə21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır







.jpg)













.jpg)
.jpg)













