Hadisə
Bu xəstəxanada yeyinti olub - Cinayət işi açıldı
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Publika.az xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Tibb müəssisəsinin 01.09.2018-ci il tarixdən 01.09.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən PHŞ-nin vəzifəli şəxs(lər)i tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda əməkhaqqının hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar nəzərdə tutulandan artıq pul vəsaitlərinin köçürülməsi və digər yollarla xeyli miqdarda pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
-
İdman23:00Alonso Mbappeyə elçi düşdü
-
İdman21:48"Barselona"nın müdafiəçisi üçün yeni səhifə açıla bilər
-
Magazin121:36Xalq artisti İzzət Bağırovla anasını kövrəltdi - VİDEO
-
MDB21:24Rusiya XİN-dən NATO-ya xəbərdarlıq - “Qaynar başlar” soyudulacaq
-
MDB20:24Putin Pekində görün hansı avtomobildən istifadə edir... - FOTO
-
İdman20:12Dünya birincisi məşhur jurnalın üz qabığını bəzədi - FOTO
-
Nida Xəbər 19:50Şamaxıda günəş belə qürub edir... - FOTO
-
Elm və təhsil17:35Günəşdə güclü aktivlik: Eyni anda 3 üç güclü partlayış qeydə alındı


































.jpg)



