Almaniyada yanğın faciəsi: 4 türk öldü
Bizi izləyin

Hadisə

Almaniyada yanğın faciəsi: 4 türk öldü

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Solingen şəhərində köhnə tikilidə yanğın baş verib.

Publika.az xəbər verir ki, yanğın zamanı dörd nəfərdən ibarət bolqar türk ailəsi ölüb. Bundan başqa 21 nəfər yaralanıb, onlardan 9-nun vəziyyəti ağırdır. Aralarında körpə də olan 4 nəfərdən ibarət türk ailəsinin tamamilə taxtadan tikilmiş 100 illik binada ölməsi şəhərdə “Bina yandırılıbmı?” sualına səbəb olub.

Yanğının nədən baş verməsi ilə bağlı yanğınsöndürmə idarəsindən açıqlama verilməyib. 6 saatlıq müdaxilədən sonra yanğın söndürülüb. Şəhərdə matəm elan edilib. Ailənin bir müddət əvvəl Bolqarıstanın Plovdiv şəhərindən gəldiyi öyrənilib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm