Hadisə
Ev əşyalarını pəncərədən tullayan qadın barədə DİN-dən AÇIQLAMA - VİDEO

Aprelin 3-də Abşeron Gənclər Şəhərciyində yaşayan Mətanət adlı qadın səhər saatlarında evinin əşyalarını yaşadığı binanın səkkizinci mərtəbəsindən küçəyə atıb.
Publika.az xəbər verir ki, qonşuların sözlərinə görə, həmin şəxsin psixoloji problemləri olub və bu yaşanan ilk belə hal deyil.
“15 gündür ki, bizi narahat edirdi. Hücum edirdi, söyüş söyürdü, qapılarımızı döyürdü”, - qonşu deyib.
Daxili İşlər Nazirliyindən (DİN) məsələ ilə bağlı bildirilib ki, sözügedən qadın Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həkim nəzarəti ilə idarəyə dəvət olunub.
Daha sonra onun ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib.
Daha ətraflı süjetdə:

-
Hadisə10:48
Ucarda 14 avtomobilin iştirakı ilə qəza: ölən və xəsarət alanlar var - YENİLƏNDİ
-
Avropa09:00
Ukrayna ABŞ-ın ZƏİF DAMARINI TUTDU - Yumurta verək, silah verin
-
Magazin108:36
Dostları onun həyatından danışdılar: "Bir gün zəng gəldi..." - VİDEO
-
Magazin206:16
Hadisə açıq-saçıq libasda elə pozalar verdi ki... - FOTO
-
Dünya05:15
85 yaşlı qadın öz dəfn mərasimində AYILDI
-
Magazin203:43
Ayden Şener bu qərarına görə PEŞMAN OLUB: "Təklifləri qəbul etmədim"
-
Magazin103:13
Kənan ailə qurur - Qız toyundan FOTOLAR
-
Sosial00:30
Məryəm Ələkbərli qəfil öldü - FOTO