Rusiyadan iddia: Şolts Ərdoğan vasitəsilə Putinə mühüm mesaj çatdıracaq
Bizi izləyin

Dünya

Rusiyadan iddia: Şolts Ərdoğan vasitəsilə Putinə mühüm mesaj çatdıracaq

Bu gün Almaniya kansleri Olaf Şolts Türkiyəyə rəsmi səfər edəcək. Rusiya mətbuatı Şoltsun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Rusiya lideri Vladimir Putinə mühüm mesajlar verəcəyini iddia edib.

Publika.az xəbər verir ki, Rusiyanın “Kommersant” qəzeti bu barədə “Türkiyə və Almaniya Ukrayna məsələsində hərəkətə keçdi” başlıqlı xəbərində yazıb.

Xəbərdə Şoltsun ötən gün Almaniya parlamentindəki çıxışında iki ildən sonra ilk dəfə Putinlə görüşməyə hazır olduğunu söyləməsi diqqət çəkib. Həmçinin Ərdoğanın bir neçə gün sonra Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS liderləri sammitinə qonaq qismində qatılacağı xatırladılıb.

Xəbərdə Şoltsun Putinə olan mesajlarını Ərdoğana çatdıracağı və Almaniyanın Ukrayna müharibəsini bitirmək üçün üzərində çalışdığı planın da gündəmdə ola biləcəyi iddia edilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm