ABŞ
Tramp övladlarına görün nələri QADAĞAN EDİB - “Mən özüm də...”
ABŞ Prezidenti Donald Tramp uşaqlarına spirtli içki, siqaret və narkotik istifadəsini qəti şəkildə qadağan etdiyini bildirib.
Publika.az xəbər verir ki, onun çıxışı Ağ Ev tərəfindən canlı yayımlanıb.
"Mən həmişə uşaqlarıma deyirdim: narkotik qəbul etməyin, içki içməyin, siqaret çəkməyin, sadəcə narkotikdən uzaq durun", - ABŞ Prezidenti deyib.
Tramp özü də siqaret çəkmədiyini və içki içmədiyini, yeganə pis vərdişinin isə fastfud yeməklərinə olan sevgisi olduğunu qeyd edib.
Noyabr ayında Tramp həyatında heç vaxt spirtli içki və ya narkotik qəbul etmədiyini bildirmişdi.
Bu arada, Amerika liderinin oğlu Erik özünün X sosial media səhifəsində "Tramp Vodka"sının əvvəlcədən sifariş üçün mövcud olduğunu elan edib.
Bir şüşə 0,75 litr üçün 47,45 dollara (təxminən 3700 rubl) başa gələcək. Bu qiymət, ehtimal ki, Trampın hazırkı ABŞ-ın 47-ci prezidenti və daha öncə 45-ci dövlət başçısı olması faktına işarədir.
Hüseyn İbadlı
-
Nida Xəbər 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır










.jpg)








.jpg)

















