"Qarabağ" "Neftçi"ni darmadağın etdi - VİDEO/YENİLƏNDİ
Bizi izləyin

İdman

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - VİDEO/YENİLƏNDİ

"Qarabağ" Azərbaycan Premyer Liqasında "Neftçi"ni məğlub edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0.

"Neftçi"dən Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo, 45+3-cü dəqiqədə Yassin Benzia, 90+1-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "köhlən atlar" liderliyə yüksəlib. "Ağ-qaralar" 4 xalla 8-9-cu yerləri bölüşdürür.

***

Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyununda ilk hissə başa çatıb.

Ağdam təmsilçisi fasiləyə inamlı üstünlüklə yollanıb - 3:0.

Son olaraq 45+3-cü dəqiqədə Yassin Benzia paytaxt klubunu məyus edib.

***

Matçda ikinci qol vurulub.

Ağdam təmsilçisi növbəti dəfə rəqibini mərkəzə dəvət edib - 2:0.

29-cu dəqiqədə Olavio Juninyo fərqlənib.

***

"Qarabağ" - "Neftçi" oyununda hesab açılıb.

"Neftçi"nin futbolçusu Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub.

***

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.

Publika.az xəbər verir ki, matç saat 20:00-da start götürüb.

Görüşü FIFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm