İdman
Tez bir zamanda toparlanacağıq - "Neftçi"nin baş məşqçisi
"Əvvəlcə bayram münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Təəssüf ki, azarkeşlərimizə qələbə yaşada bilmədik".
Publika.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının VII turunda səfərdə "Qarabağ"a 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, qısa müddət ərzində komandanın toparlanacağını bildirib: "Bunun üçün əlimdən gələni edəcəyəm. Bugünkü görüşdə topa daha çox sahib olmaq və hücum etmək istəyirdik. Lakin, bunu istədiyimiz kimi reallaşdıra bilmədik. Buna rəqibin gücü də təsir etdi. "Qarabağ"ı daha irəlidə sıxmaq niyyətindəydik, amma alınmadı. Ağdam təmsilçisi çox yaxşı mövqe müdafiəsi qura bilir".
Ukraynalı mütəxəssis komandada birinci kapitanın Ramil Şeydayev olduğunu söyləyib: "Bu, mənim şəxsi qərarımdır".
R. Qriqorçuk komandasına inandığını vurğulayıb: "Mən rahatam, əlimdən gələni edəcəyəm. Rəhbərliklə müzakirələr aparırıq. Onlar müsbət addımlar atırlar və mənə dəstək olurlar".
-
Dünya02:42
6,3 bal gücündə zəlzələ bu ölkəni YERİNDƏN OYNATDI
-
İdman02:00
"Qarabağ" "Tottenhem"ə məğlub oldu - YENİLƏNDİ
-
Cənubi Qafqaz01:41
"Konstitusiya dəyişikliklərinin zəruri olacağı vəziyyətlə üzləşəcəyik" - Paşinyan ELAN ETDİ
-
Sosial00:40
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ATA DANIŞDI - VİDEO
-
Qoroskop00:25
Günün ULDUZ FALI: praktik qərarlar verməkdə diqqətli olun
-
Region26 Sentyabr 23:48
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? - Məzar açılacaq
-
İdman26 Sentyabr 22:30
"Qarabağ" Londonda problemlə üzləşdi - Matçın vaxtı dəyişə bilər
-
Magazin226 Sentyabr 22:24
O da sevgilisinə cadu edirmiş - FOTO