Məhkəmə başladı: Futbolçuların agentləri əl-ayağa düşdü
Bizi izləyin

İdman

Məhkəmə başladı: Futbolçuların agentləri əl-ayağa düşdü

“Mançester Siti”nin oyunçularının maraqlarını təmsil edən agentlər, Premyer Liqanın maliyyə qaydalarını pozmaq ittihamı ilə bağlı məhkəmə prosesinin başlamasından sonra müştərilərinin klubdakı mümkün gələcəkləri üçün variantları araşdırmağa başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Mançester Siti” futbolçularının agentləri mankunianlıları İngiltərə Premyer Liqasından qovulmağa qədər cəza gözləyə biləcəyindən ehtiyat edirlər. Bu baxımdan, agentlər müştərilərinin müdafiəsini təmin etmək üçün bütün mümkün ssenariləri nəzərdən keçirməyə çalışırlar.

Onların hazırkı vəziyyətdə klubun fəaliyyət planını eşitmək və “şəhərlilər”in cəzalandırılacağı təqdirdə komandanın başına gələcəklər barədə məlumat almaq istədikləri vurğulanır.

Xatırladaq ki, bu iş üzrə məhkəmə prosesi sentyabrın 16-da bazar ertəsi başlayıb. Lakin bununla bağlı hökm 2025-ci ildə veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm