Odlu silahdan açılan atəşdən ölən hərbçimizin FOTOSU
Bizi izləyin

Hadisə

Odlu silahdan açılan atəşdən ölən hərbçimizin FOTOSU

Xəbər verildiyi kimi, sentyabrın 22-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər Bayramov Musa Səhliyar oğlunun odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişib.

Publika.az-ın məlumatına görə, Musa Bayramovun nəşi dünən Bərdə rayon Güloğlular kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərhum əsgərin fotosunu təqdim edirik.

Qeyd edək ki, fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm