Sabirabadda partlayış: qadın xəsarət aldı
Bizi izləyin

Hadisə

Sabirabadda partlayış: qadın xəsarət aldı

Sabirabad rayonunda evdə qaz sızması nəticəsində partlayış baş verib, 42 yaşlı qadın xəsarət alıb.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Məmişlər kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Nüşabə Nizami qızı Zeynalova hamamda olarkən cihazdan (pitminutka) qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm