Azərbaycanda şərab zavodundakı yanğın söndürüldü - Yeniləndi
Bizi izləyin

Hadisə

Azərbaycanda şərab zavodundakı yanğın söndürüldü - Yeniləndi

Tovuz rayonunun Qovlar şəhərindəki keçmiş şərab zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq söndürülüb.

Baş vermiş yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın söndürülüb.

xxx

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Tovuzda yanğın hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Şəhərdə yerləşən şərab zavodunda anidən yanğın olub. hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan qonşu Şəmkir, Ağstafa və Qazax rayonlarından yanğınsöndürən avtomobillər və canlı qüvvələri cəlb olunub.

Yanğının söndürlüməsi istiqamtində işlər gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm