Hadisə
Xəyanətə görə öz evini yandırdı, həmkəndlisini isə alçaldaraq... - Sabirabadda şok olay / VİDEO
Video əlavə edildi.
xxx
Sabirabad rayonunun kəndlərindən birində tanışını alçaldaraq videoya çəkən 1979-cu il təvəllüdlü Təhmasib S. və onun dayısı oğlu 1996-cı il təvəllüdlü Samit Q. həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Təhmasib barəsində Cinayət Məcəlləsinin 128, 134, 145.2.4, 145.2.5, 145.2.6, 186.2.1 və 186.2.2-cı, Samitə isə 145-ci maddəsi ilə cinayət işi açılıb.
Müəyyən edilib ki, Təhmasib keçmiş həyat yoldaşını ona xəyanət etməkdə günahlandıraraq evini yandırıb və 40 min manata yaxın ziyan vurub.
O, dayısı oğlu ilə birləşərək keçmiş həyat yoldaşına qarşı nalayiq hərəkətlərdə ittiham etdiyi həmkəndlisini də döyərək qəbiristanlığın yaxınlığındakı su kanalına atıb. Həmçinin həmin şəxsin üzərinə sidik ifraz edərək videoya çəkib.
Sabirabad rayon Məhkəməsində keçirilən prosesdə Təhmasib S. törətdiyi əməlləri qismən etiraf edib. Samit isə onun həmkəndlisini alçaldarkən həmin yerdə olmadığını və videoya çəkmədiyini deyib.
Məhkəmənin hökmü ilə Təhmasib 5 il 6 ay, Samit isə 3 il müddətə həbs cəzasına məhkum edilib.
Turqut Seyidov
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: 15 nəfər... - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi