Azərbaycanda baldızının 13 yaşlı qızına əxlaqsız hərəkətlər edən kişiyə bu cəza verildi
Bizi izləyin

Hadisə

Azərbaycanda baldızının 13 yaşlı qızına əxlaqsız hərəkətlər edən kişiyə bu cəza verildi

Şəmkir rayonunda baldızının yeniyetmə qızına qarşı əxlaqsız hərəkətlər edən kişi həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 153.1-ci (16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılan T. Osmanov (şərti) oktyabrın 24-də həbs edilib.

Məlum olub ki, bir müddət əvvəl 40 yaşlı T. Osmanov yaşadığı evdə qonaq olan yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edib. O, gecə saat 02 radələrində cinsi ehtirasını təmin etmək niyyəti ilə yatmış vəziyyətdə olan qızın paltarlarını əynindən çıxarıb və digər əxlaqsız hərəkətlərə yol verib.

Qızın oyanmasından sonra T. Osmanov onu şantaj etməyə, başqa oğlanla yazışmalarını bildiyini və bu barədə atasına deyəcəyi ilə hədələməyə başlayıb.

Bundan sonra stress keçirən yeniyetmə qız evdən qaçıb və Şəmkir şəhərində yerləşən parkdakı süni gölə özünü ataraq intihara cəhd edib. Yaxınlıqdakı şəxslər qızı göldən çıxararaq həyatını xilas ediblər.

Fakt üzrə açılmış iş üzrə bir neçə gün əvvəl hökm çıxarılıb və T. Osmanova 1 il yarım azadlıqdam məhrumetmə cəzası təyin edilib. O, məhkəmə zalındaca həbs edilib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm