Hadisə
Keşlə qəbiristanlığında torpaq çökdü: məzarlar başqa əraziyə köçürüldü - YENİLƏNDİ
Keşlə qəbiristanlığında illər öncə tullantı sularının axıdılması üçün nəzərdə tutulan kollektorun üzərində salınan qəbirlərdən biri torpaq aşınması nəticəsində dağılıb, iki qəbir isə dağılma təhlükəsindədir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Publika.az-a verilən məlumata görə, mövcud məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciətlər olunub, əraziyə baxış keçirilib.
Qeyd edilib ki, kollektorda heç bir qəza hadisəsi baş verməyib, xəttə rejim dəyişikliyi olmayıb. Problemin kökü ondan ibarətdir ki, kollektorun üzərində qəbiristanlıq salınıb və bir neçə qəbir birbaşa magistral xəttin üzərinə düşüb.
***
Keşlə qəbiristanlığından 5 məzar başqa əraziyə köçürülüb.
Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən Publika.az-a bildirilib ki, yağış suları kollektorunda baş vermiş qəza nəticəsində torpaq qatında çökmə baş verib və buna görə də uzun illər öncə dəfn olunmuş şəxslərin məzarlarına ziyan dəyib.
Qeyd edilib ki, Trest tərəfindən təhlükəli zonada yerləşən daha 5 məzarın da digər əraziyə köçürülməsi təmin olunub.
Hadisə ilə bağlı aidiyyəti üzrə kollektorun balansdaşıyıcısına müraciət edilib.
-
Dünya02:43Sərnişin avtobusunu dronla vurdular - Ölən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: Hisslərinizi ifadə etməkdən çəkinməyin!
-
İdman00:35“El-klasiko”da dava - VİDEO
-
Magazin226 Oktyabr 22:44Castinlə Keti ilk dəfə əl-ələ ictimaiyyət qarşısında - Fotolar
-
Hadisə26 Oktyabr 20:00Bakıda yanğın oldu: ölən var
-
İdman26 Oktyabr 19:12Lamin Yamal onun evini alır: Bu qiymətə
-
ABŞ26 Oktyabr 18:36Melaniya narahatdır: Tramp Ağ Evi sökür
-
Magazin226 Oktyabr 17:06Teleaparıcı həkim səhvinə görə 1 milyon xərcə düşdü











.jpg)



















.jpg)

