İdman
Messinin iştirak etdiyi tədbirin təşkilatçısı HƏBS EDİLDİ - VİDEO
Hindistanın Kalkutta şəhərindəki Solt Leyk stadionunda Argentina millisinin futbolçusu Lionel Messinin iştirakı ilə keçirilən tədbirin təşkilatçısı futbolçunun azarkeşlərinin tədbirdə qarışıqlıq yaratmasına görə saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə ANI məlumat yayıb.
Qərbi Benqal naziri Mamata Banerci sosial mediada yazıb:
"Bu xoşagəlməz hadisəyə görə Lionel Messidən və bütün idman azarkeşlərindən və tərəfdarlarından səmimi qəlbdən üzr istəyirəm".
Dekabrın 12-də Messi ona həsr olunmuş 20 metrlik heykəlin açılış mərasimi üçün Hindistana uçub. Tədbir Solt Leyk Stadionunda baş tutub. Messi heykəlin açılışını video bağlantı vasitəsilə izləyib. Daha sonra təhlükəsizlik və polisin müşayiəti ilə stadion meydançasında gəzərək tribunalara əl yelləyib və 20 dəqiqə sonra arenanı tərk edib.
Azarkeşlər bu təşkilatçılıqdan narazı qalıblar və stadionu dağıtmağa və meydana butulka atmağa başlayıblar.
Hüseyn İbadlı
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...






.jpg)











.png)


















