Sosial
Bu işçilərin sayı və əməkhaqları artırılacaq - Prezident təsdiqlədi
Azərbaycanda məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayı, eləcə də onların əməkhaqqıları artırılacaq.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada əksini tapıb.
Sənəddə bildirilib ki, ştat vahidlərinin və əməkhaqlarının artırılması üçün icra müddəti 2026-cı il müəyyən edilib.
Ştat sayının artırılmasına dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək. Bu iş üçün əsas icraçı orqan Nazirlər Kabineti müəyyən edilib.
Ümumilikdə bu sahədə beynəlxalq təcrübə və iş yükünün dinamikası nəzərə alınacaq.
Məhkəmə ekspertinin ixtisası üzrə tələb olunan baza ali təhsilsahələrinin müəyyən edilməsi və bu sahələrdə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlər görüləcək. Məhkəmə ekspertlərinin nəzəri-praktiki hazırlığı, habelə onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün xüsusi təlim proqramları hazırlanacaq.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































