Nida Xəbər
Paşinyandan Əliyevə müraciət: Bunu edək və “Qərbi Azərbaycan” məsələsini bağlayaq
Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya birgə yol xəritəsi hazırlamağı və paralel olaraq təkcə Qarabağ məsələsini deyil, həm də “Qərbi Azərbaycan” adlanan məsələni həll etməyi təklif edib.
Publika.az xəbər verir ki, Paşinyan Almaniyada jurnalistlərlə söhbətində Azərbaycan Xarici İşlər Nazirliyinin son açıqlamasını şərh edərkən bu barədə danışıb.
“Deyirəm ki, gəlin oturub bu problemi necə aradan qaldıracağımızı anlamaq üçün yol xəritəsi hazırlayaq. Bu problemi aradan qaldırmaq uzunmüddətli münaqişənin aradan qaldırılması deməkdir”, - Paşinyan deyib.
Bakı bundan əvvəl Ermənistan-Avropa İttifaqının yeni strateji tərəfdaşlıq gündəliyindən narazılığını bildirərək, bu sənədin Azərbaycanla sülh prosesinə zidd olduğunu iddia edib. Azərbaycan Xarici İşlər Nazirliyi sənədə daxil edilmiş “Azərbaycanın hərbi əməliyyatları nəticəsində didərgin düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsini, eləcə də İrəvanla Brüssel arasında tərəfdaşlıqda bu məsələnin prioritetləşdirilməsini “qəbuledilməz” hesab edir.
Paşinyanın sözlərinə görə, bu, həssas mövzudur. Lakin o, “Qərbi Azərbaycan” ifadəsini rədd edir.
"Əgər biz bir-birimizin ərazi bütövlüyünü tanıyırıqsa (və biz bir-birimizin ərazi bütövlüyünü tanımışıq), onda biz bunu tam şəkildə həyata keçirməliyik. Mən yolu belə görürəm", - Ermənistanın baş naziri deyib.
Paşinyan Ermənistandakı müxalifət qüvvələrinin Qarabağ məsələsinin bağlanmadığını və Dağlıq Qarabağ ermənilərinin geri qayıtmaq hüququnun olduğunu iddia edən ritorikasını da tənqid edib.
"Mən qarabağlılarımıza da dedim ki, onların qayıdışı qeyri-realdır. Əgər biz qayıdış gündəmini davam etdirsək, bu, Qarabağ hərəkatını yenidən başlayacağımız anlamına gələcək. Bu arada mən artıq bəyan etmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik. Qarabağ hərəkatı bitib və onu dirçəltmək cəhdləri əbəs olacaq. Digər tərəfdən, Ermənistan da bu ifadənin Bakıda daim səsləndirildiyini eşidir - “Qərbi Azərbaycan”, - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, əgər erməni tərəfi Qarabağ məsələsinin həll olunmadığını bəyan edərsə, bu, yeni müharibə deməkdir.
"Qarabağ məsələsinin davam etməsi yeni müharibə, yeni qurbanlar, yeni çətinliklər, onun gözlənilməz nəticələri ilə yeni blokada deməkdir. Qarabağ məsələsinin həll olunmadığını deyənlər, mahiyyət etibarı ilə Ermənistanın yeni müharibəyə başlamalı olduğunu bəyan edirlər", - Ermənistan hökumətinin başçısı bildirib.
Tural
-
Hadisə09:21Goranboyda dəhşətli qətl - -Qazi saxlanıldı
-
Nida Xəbər 08:30Prezident Mikayılovu buna görə işdən azad edib
-
Magazin206:16Ariana Qrande məşhur jurnalı ələ saldı: Altıncı barmağa görə təşəkkürlər
-
ABŞ05:45İran hakimiyyəti "batan gəmidəki siçovullar kimi" davranır - ABŞ köçürülən pullar barədə...
-
İdman05:15“Qızıl top”a namizədlərin yenilənmiş reytinqi: Birinci kimdir?
-
ABŞ02:19Epşteyn işi: İlon Maskla yazışmalar üzə çıxdı
-
Qoroskop02:00Günün ulduz falı: Zehni gərginlik mümkündür
-
İdman01:40Sərfəli təklif aldı, getmək istəyir - "Qarabağ"a şok





























.jpg)






