Elm və təhsil
Bu müəllimlərin əmək müqaviləsinə xitam verildi - Nazir
"Azərbaycan dilinin fənn kimi tədrisində mühüm məsələlər özünü əks etdirir".
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda Elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, Azərbaycan dilinin müasir məzmunda çatdırılması ilə bağlı vacib istiqamətlər var: “Əsas məqsəd dilin tədrisinin düzgün şəkildə çatdırılmasıdır. Sözsüz burada da şagirdlərin yüklənməsinin qarşısının alınması üçün də alətlər mövcuddur. Çünki biz 6 yaşlı uşaqdan Azərbaycan dilində daha yaxşı danışmaq və oxumağı tələb edə bilmərik. Buna baxmayaraq, nazirlik olaraq biz dilin tədrisinin daha da genişlənməsi üçün dərs saatlarının artırılması ilə bağlı proqramlar müəyyənləşdirmişik”.
Nazir bildirib ki, dilin tədrisi ilə bağlı bütün məsuliyyət müəllimin üzərinə düşür: “Nazirlik tərəfindən sertifikasiyaların həyata keçirilməsi nəticəsində öz ixtisasını bilməyənlərin əmək müqaviləsinə xitam verilib. Çünki bu gün ibtidai sinif müəllimi həm də Azərbaycan dilini tədris edir. Ona görə də dillə bağlı tədrisə daha çox önəm verilir”.
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri













.jpg)


.jpg)





















