Hadisə
Ana 2 azyaşlı övladını sobaya qoyub öldürdü - FOTO
ABŞ-da 1 və 2 yaşlı iki uşağını sobaya ataraq öldürən ana ömürlük həbs cəzasına məhkum edilib.
Publika.az xəbər verir ki, 2017-ci ildə ABŞ-da dəhşətli qətl hadisəsi törədilib.
Hadisə Lamora Uilyamsın bir gecə polisə zəng edərək evdə olmadığı zaman uşaqlarının öldüyünü bildirməsi ilə üzə çıxıb.
Uilyams polisə verdiyi ifadəsində gün ərzində işdə olduğunu, evdə olmadığı müddətdə uşaqların dayə ilə qaldığını bildirib. Qadın axşam saatlarında evə qayıdanda uşaqları yerdə ölü vəziyyətdə gördüyünü bildirib və evdəki sobanın onların üzərinə düşdüyünü iddia edib.
Məhkəmədə təqdim edilən dəlillərə görə, qadının uşaqlarını sobaya qoyaraq diri-diri yandırdığı iddia edilib.
“İndependent”in məlumatına görə, 2 uşağını sobaya ataraq öldürən və əvvəllər 14 müxtəlif cinayətə görə məhkum olunan qadının psixoloji problemləri olub.
Qeyd edək ki, qadın ömürlük həbs cəzasına məhkum edilib.
Aysel
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?



































