Hadisə
Sabir İskəndərov vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının dosenti Sabir İskəndərov vəfat edib.
Publika.az xəbər verir ki, Sabir İskəndərov 1941-ci il iyunun 10-da Gürcüstanın Bolnisi rayonunda anadan olub. 1948-1959-ci illərdə Faxralı kənd orta məktəbində oxuyub. 1960-1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1965-1966-cı illərdə Su Problemləri Elmi-Tədqiqat İnstitutunda, 1966-1969-cu illərdə Su Təsərrüfatı Qurğuları Layihələndirmə İnstitutunda mühəndis, 1969-1972-ci illərdə Moskva Hidromeliorasiya İnstitutunda kiçik elmi işçi, 1972-1975-ci illərdə Su Problemləri Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi, 1972-1982-ci illərdə BDU-nun Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasında baş müəllim, 1982-ci ildən həmin kafedranın dosenti kimi çalışıb.
Sabir İskəndərovun əsas tədqiqat sahəsi hidrometeorologiya, su ehtiyatları və ondan səmərəli istifadə və su təsərrüfatı hesablamaları olub. O, 100-ə yaxın elmi məqalənin və iki dərs vəsaitinin müəllifi idi.
BDU rəhbərliyi və kollektivi dosent Sabir İskəndərovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar

























.png)











