Hadisə
İmişlidə istixanada YANĞIN: ölən və yaralanan var - YENİLƏNDİ
İmişli rayonunda istixanada baş verən yanğınla bağlı TƏBİB açıqlama verib.
Publika.az TƏBİB-ə istinadən xəbər verir ki, 25 dekabr saat 16:20-də İmişli rayonu ərazisində baş verən yanğın hadisəsi nəticəsində 1971-ci il təvəllüdlü şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona aşağı, yuxarı ətrafların üz nahiyəsinin 2-ci, 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib.
Hazırda həmin şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü şəxsin (kişi cinsli) hadisə yerində ölüm faktı qeyə alınıb.
***
İmişli rayonu ərazisində yerləşən tərəvəz istixanasında yanğın baş verib.
Publika.az xəbər verir ki, hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Bölməsinin 4 texnikası və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğın söndürülüb və soyutma işləri aparılır.
Yanğın nəticəsində bir nəfərin öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
(Report)
-
Avropa09:55Makronun reytinqi rekord həddə düşdü - Sorğu
-
İdman09:46Tanınmış idmançı xərçəngin qurbanı oldu
-
ABŞ09:19Kelloq Rusiyanın dərinliklərinə zərbəni dəstəklədi: "Belə də lazımdır!"
-
Region08:48İranda yüksək rütbəli polis zabiti sui-qəsdlə öldürüldü - Pezeşkian tapşırıq verdi
-
Avropa08:00Zooparkda pələng kişini parçaladı
-
Magazin207:30“Sınıq fənərlərin küçələri” teleserialının aktyoru vəfat etdi - FOTO
-
İdman06:46“Barselona” və “Real” qələbə qazandı
-
Magazin206:16Qala gecəsinə elə geyimdə gəldi ki... - FOTO






.jpg)






















.jpg)




