Hadisə
Sürücü yol polisinə gərginlik yaratdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımının əməkdaşları Şəmkir rayon sakini Rəfayel Əliyevə idarə etdiyi "VAZ" markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün "Saxla" işarəsi versə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib.
Publika.az xəbər veriri ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlərlə saxlanılan R.Əliyev araşdırma zamanı da məsuliyyətdən yaxa qurtarmaq məqsədilə süni gərginlik yaratmağa calışıb, YPX əməkdaşlarına tabesizlik göstərib. Aidiyyəti üzrə təhvil verilən R.Əliyev məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.
"Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edir, qanunvericiliyin tələblərini pozan, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirir",- deyə qurumdan əlavə edilib.
-
Rəsmi xronika14:50
İlham Əliyev daha iki fərman imzaladı
-
Dünya14:30
Bir-birinin ardınca görüş, 130 səhifəlik hesabat: İsraildə Türkiyə qorxusu
-
Sosial13:42
Ev almaq istəyənlərə müjdə: Yeni tikililərdə mənzillər ucuzlaşacaq
-
İdman12:42
Süleymanov AFFA rəhbərliyinə xəbərdarlıq etdi: Səhv etmək limitiniz bitib
-
Kriminal12:30
İcra başçısının oğlunun inanılmaz əməlləri: "Rüsvay olmuşam, evlənə də bilmirəm..."
-
İqtisadi gündəm11:54
Qızılın qiyməti maksimuma çatdı
-
Region11:16
Rusiya "bahalıdır" dedi, Türkiyədən almağı dayandırdı: bu ölkələrə üz tutdular
-
Hadisə10:50
Bakıda jurnalistin xanımı qəfil vəfat etdi