Yaxın Şərq
Suriyadan Rusiyaya GÖZLƏNİLMƏZ ZƏRBƏ - 49 illik müqavilə ləğv edildi
Suriyanın yeni hakimiyyət orqanları 2019-cu ildə Rusiya şirkəti ilə imzalanan Tartus dəniz limanının idarə edilməsinə dair investisiya müqaviləsini ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi "Al Watan"a məlumat verib.
“Rusiya şirkəti ilə Tartus limanına sərmayə qoyuluşu ilə bağlı imzalanmış müqavilə ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin maraqları üçün istifadə olunacaq”, - Cudi deyib.
Qeyd olunub ki, liman işçiləri köhnəlmiş avadanlıqları modernləşdirəcəklər.
Fotoda Tartus limanı

Xatırladaq ki, 2019-cu ildə Suriya hökuməti Rusiyanın “Stroytransgaz” şirkəti ilə investisiya müqaviləsi bağlayıb. Müqavilə Rusiyaya limanı 49 il müddətinə işlətməyə icazə verib, lakin onun modernləşdirilməsi 500 milyon dollardan çox başa gələcəkdi.
Hüseyn İbadlı
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq















.jpg)

.jpg)



















