Hadisə
Bakı-Qazax yolunda dəhşətli YANĞIN: 14 ton qida məhsulu KÜLƏ DÖNDÜ - ANBAAN GÖRÜNTÜLƏR

Bakı-Qazax yolunda dəhşətli yanğın olub, 14 ton qida məhsulu külə dönüb.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı-Qazax yolunun 137-ci kilometrliyi, Hacıqabul rayonu ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "DAF" markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, həmçinin yükün təhlükəsiz əraziyə boşaldılması təmin edilib.
Yanğın nəticəsində yük avtomobilinun qoşqusunda olan 21 ton qida məhsulunun 14 tonu yanıb.
Yük avtomobili və qida məhsullarının qalan hissəsi yanğından mühafizə olunub.
Həmin görüntüləri təqdim edirik:

-
Dünya09:36
Bu ölkədə DƏHŞƏT YAŞANDI: eyni anda 40 nəfər həlak oldu
-
ABŞ08:24
ABŞ-ın vitse-prezidenti Zelenski ilə görüşəcək - Çantasında nələr var?
-
Art06:16
Ceyran Rəhimova Afaq Bəşirqızı ilə bir arada - FOTO
-
Dünya05:45
Bu dənizdə 7,6 bal gücündə ZƏLZƏLƏ OLDU
-
Qoroskop03:13
Vanqanın SEÇDİYİ TƏK BÜRC - Unikal qabiliyyətə malikdirlər
-
Ekologiya01:41
Paytaxt yolları buz bağladı - FOTO
-
Magazin100:30
Zaur əsl yaşını açıqladı: 20 il cavan görünürmüş...
-
İKT00:15
Sosial medianın QORXULU FƏSADI - Vəziyyəti daha da pisləşdirir