Hadisə
Sumqayıtda əməliyyat: Saxlanılanlar var
Sumqayıt şəhəri ərazisində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, bir nəfər polisə müraciət edərək yaşadığı evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 36 yaşlı E.Axundov və 33 yaşlı X.Hümbətov müəyyən edilərək saxlanılıblar.
Aparılan araşdırmalarla E.Axundovun əvvəllər məhkum olunmuş 35 yaşlı A.Ağayevlə birgə şəhər ərazisində yerləşən daha iki evdən pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı məlum olub. Əməli törətməkdə şübhəli bilinən A.Ağayevin saxlanılması da təmin edilib.
Araşdırmalar davam etdirilir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Belə hərəkət böyük uğurlar gətirəcək
-
Nəqliyyat21 May 23:50Tbilisi qatarına ilk bileti o aldı - Vağzalda növbə var
-
Magazin121 May 23:40“Gülləri mən yox, siz gətirməliydiniz" - VİDEO
-
Magazin221 May 22:26Smartfonsuz yaşayan məşhur rejissor - Onun üçün həyat necə davam edir?
-
İdman21 May 21:36Kabab bişirirmiş, oğlu alaya-ağlaya gəlib deyib ki…
-
Art21 May 21:24Avropa bu süfrədən danışır: Saniyəölçən yox, təcrübə lazımdır - VİDEO
-
Magazin121 May 21:12Qızının sürprizi aparıcını ağlatdı
-
İKT21 May 20:12Smartfonun ömrünü belə uzatmaq olar










.jpg)


























