Bakıdakı yanğın söndürüldü - FOTO/VİDEO/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıdakı yanğın söndürüldü - FOTO/VİDEO/YENİLƏNDİ

Bakıdakı yanğın söndürüldü - FOTO/VİDEO/YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Publika.az xəbər verir ki. bu barədə FHN məlumat yayıb.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Publika.az FHN-ə istinadən xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yaşayış evində yanğın baş verib və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Həmçinin, Nazirliyin qüvvələri tərəfindən yanğın yerində sakinlərin təxliyəsi həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın başlayıb.

Bu barədə Publika.az-a övqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

“Kubinka” adlı ərazidə güclü yanğın başlayıb.

Publika.az xəbər verir ki, həmin ərazidəki 3 həyət evi yanır.

Əraziyə yanğınsöndürən briqada cəlb olunub. Lakin darısqallıq səbəbilə onlar yanğına dərhal müdaxilə edə bilməyiblər. Yanğınsöndürənlər hazırda yanğına müdaxilə edə bilmək üçün hazırlıq işləri görür.

Görüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm