İki Koreya niyə birləşmir? - KXDR lideri səbəbini AÇIQLADI
Bizi izləyin

Dünya

İki Koreya niyə birləşmir? - KXDR lideri səbəbini AÇIQLADI

"Cənubi Koreya ilə birləşmək mümkün deyil, çünki iki dövlət düşməndir".

Publika.az xəbər verir ki, bunu Şimali Koreyanın sədri Kim Çen In KXDR Ali Xalq Məclisinin iclasında deyib.

"Koreya Respublikası hər cəhətdən amerikanlaşdırılıb və yarı iflic, dəhşətli bir qurum, asılı dövlətdir. Bu, tamamilə yad ölkədir", - Şimali Koreya lideri vurğulayıb.

Onun sözlərinə görə, qonşu ölkənin rəhbərliyinin dəyişməsi onun KXDR-ə qarşı düşmənçilik xarakterini dəyişmir.

“Tarixdə belə düşmən dövlətlərin birləşməsi nümunəsi varmı?", - Kim soruşub.

KXDR rəhbərinin sözlərinə görə, iki Koreyanın birləşməsinin mümkünsüzlüyü qanunla təsdiqlənəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm