Həsən Mutludan İmamoğlu haqqında şok etiraf: Görün necə bir şəbəkə qurubmuş
Bizi izləyin

Dünya

Həsən Mutludan İmamoğlu haqqında şok etiraf: Görün necə bir şəbəkə qurubmuş

Türkiyədə korrupsiya istintaqı çərçivəsində həbs edilən keçmiş Bayrampaşa meri Həsən Mutlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu barədə şok etiraf edib.

Publika.az xəbər verir ki, Mutlunun sözlərinə görə, İmamoğlu CHP-nin idarə etdiyi rayon bələdiyyələrinin hər birində səkkiz nəfərlik komanda yerləşdirib.

Bildirilib ki, bu komanda rayon bələdiyyələrindən korrupsiya sxeminə pul axınını idarə edib.

Bayrampaşaya gələn komandaya Bilgehan Yağcının rəhbərlik etdiyini qeyd edən Mutlu, Yağcının eyni zamanda Bayrampaşa bələdiyyə sədrinin müavini vəzifəsini də icra etdiyini bildirib.

Qeyd edək ki, 31 mart 2024-cü ildə keçirilən yerli seçkilərdə keçmiş İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu İstanbulda CHP-nin 39 rayon bələdiyyə başqanı namizədini seçmişdi.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm