Hadisə
FHN-nin nümayəndələri Laza kəndində baş verən hadisə yerinə cəlb olundu

Fövqəladə Hallar Nazirliyi Qusar rayonun Laza kəndində daş-palçıq qarışıqlı sel sularının evlərə dolması barədə məlumat yayıb.
Publika.az xəbər verir ki, Qusar rayonunun Laza kəndində hadisə baş verdiyi ilk gündən Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri əraziyə cəlb olunub.
Nazirliyin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə ərazidə müvafiq tədbirlər həyata keçirilir.
Vəziyyət nəzarət altındadır.
Qeyd edək ki, Qusarın Laza kəndində daş-palçıq qarışıqlı sel sularının evlərə dolmasının qarşısı alınıb. Laza kəndinin mərkəzindən keçən çayda daş-palçıq qarışıqlı axın sentyabrın 22-si səhər saatlarından müşahidə olunur. Kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən tökülən palçıq axını kənd ərazisindəki körpünü və yolu basıb, evlərin həyətlərinə dolub. Bir neçə gün davam edən palçıq axını ötən gündən başlayaraq nisbətən azalıb.
Sellə gələn palçıq qatı 10 ev üçün təhlükə yaradıb. Bununla əlaqədar 3 evin sakinləri müvəqqəti olaraq başqa yerə köçürülüb. Əraziyə texnikalar cəlb olunaraq, çay məcrasının təmizlənməsi, bəndlərin qurulması və palçıq axının istiqamətləndirilməsi işləri aparılıb.
Qeyd edək ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Laza kəndi əcnəbi və yerli turistlər arasında məşhurdur.

-
İdman13:42
Görün Qurban Qurbanov namazı harada qıldı - VİDEO
-
Rəsmi xronika13:12
BMT sessiyası: İlham Əliyev paylaşım etdi - VİDEO
-
İdman11:56
Messinin Antonellasından FOTOSESSİYA: Zinət əşyaları göz qamaşdırdı
-
MDB11:50
Paşinyan Lukaşenko ilə barışdı - FOTO
-
İdman09:36
Görün "Neftçi" Abubakara nə qədər maaş təklif edir
-
Region09:23
Daha vacib şəxslərlə görüşürdü: Putin Paşinyanı gecə yarısına qədər gözlədib
-
ABŞ08:24
Tramp Türkiyə nümayəndə heyəti ilə bağlı görün nələr deyib - VİDEO
-
Sosial07:47
Azərbaycanda atalıq məzuniyyətinə görə pul ödəniləcək? - VİDEO