Avropa
NATO səmasında RUSİYA TƏHLÜKƏSİ - Türk ölkəsinin pilotları qırıcıları NİŞAN ALDILAR
NATO-nun Baltik ölkələrinin hava məkanını patrul etmə missiyasında iştirak edən Macarıstanın "JAS 39 Gripen" qırıcıları Latviyanın sərhədlərinə yaxınlaşan beş rus hərbi təyyarəsini tutmaq üçün təcili uçuş həyata keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə “Hərbi icmal” portalı məlumat yayıb.
Baltik dənizi üzərində, Latviyanın sahillərinə yaxın ərazidə beş naməlum təyyarə aşkar edilib. Qərb mənbələri bildirir ki, onların beynəlxalq uçuş qaydalarına riayət edib-etmədiyi hələ də məlum deyil. Litvada yerləşən Şyaulyay aviabazasında dislokasiya olunmuş Macarıstan qırıcıları hədəfləri operativ şəkildə müəyyənləşdirib və Rusiya təyyarələri NATO-nun məsuliyyət zonasını tərk edənə qədər onları müşayiət ediblər.
Qeyd olunub ki, macar pilotlar Rusiya təyyarələrini nişana alıblar ki, bu da kifayət qədər ciddi hadisə sayılır.
Bu, artıq bir həftə ərzində ikinci belə hadisədir. 23 sentyabrda həmin təyyarələr Litva sərhədləri yaxınlığında tutma əməliyyatı həyata keçiriblər. Rusiya təyyarələri vizual identifikasiyadan sonra kurslarını dəyişiblər və missiya heç bir insident olmadan başa çatıb.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq






















.jpg)


.jpg)












