Yerə kometa yaxınlaşır - 14 gün ərzində...
Bizi izləyin

Hadisə

Yerə kometa yaxınlaşır - 14 gün ərzində...

“C/2025 A6” (Lemmon) kometası sürətlə Yerə yaxınlaşır və artıq 10–14 gün ərzində onu binokllarla izləmək mümkün olacaq.

Publika.az xəbər verir ki, astronomların proqnozlarına görə, oktyabrın sonu, noyabrın əvvəllərində bu göy cismi ikinci-dördüncü ulduz böyüklüyündə olacaq. Bu zaman onu optik cihazlar olmadan da çılpaq gözlə görmək olar.

Qeyd edək ki, həmin komet bu il yanvarın 3-də aşkar edilib. O, hazırda Yerə təxminən 200 milyon kilometr məsafədədir. Hər gün bu məsafə 5 milyon kilometrə qədər azalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm