Hadisə
Şəkidə iki avtomobil toqquşdu: 6 nəfər xəsarət aldı

Şəkidə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "Wolkswagen" markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üç nəfərinin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar.
Digər üç nəfər - "Wolkswagen"in sürücü, 75 yaşlı Məmmədəli Mənəfov, "VAZ-2106"nın sürücüsü, 77 yaşlı Ağası Səmədov və sərnişini, 42 yaşlı Nazim Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

-
Dünya21:19
İsrail "Sumud" flotiliyasının bütün gəmilərini ələ keçirdi
-
Hadisə20:10
TƏBİB-dən Oqtay Şirəliyevin vəfatı ilə bağlı AÇIQLAMA
-
ABŞ19:20
Cəhənnəmlə üzləşəcəklər... - Tramp HƏMAS-a 2 gün möhlət verdi
-
Hadisə19:10
Oqtay Şirəliyev vəfat etdi
-
Nəqliyyat18:30
Bakıda 21 yolda tıxac yarandı - SİYAHI
-
İdman16:58
Parisdə bətnində, Xankəndidə yanında: Bütün dünyanın danışdığı Yaylagül yenə gündəmdə - FOTOLAR
-
Sosial15:22
Azərbaycanda görünməmiş hadisə: Xanım sevgilisinə evlilik təklif etdi - VİDEO
-
Hadisə13:54
Məmurun evindən 340 min manat oğurlandı - Oğlunun sevgilisi həbs edildi